"Beşiktaş"ın hücumçusu "Mançester Yunayted"də - RƏSMİ

"Beşiktaş"ın hücumçusu "Mançester Yunayted"də - RƏSMİ

"Mançester Yunayted" heyətinə yeni hücumçu cəlb edib. 

Fanat.Az xəbər verir ki, İPL təmsilçisi mövsümün yarısını icarə əsasında "Beşiktaş"da keçirən "Börnli"nin futbolçusu Vut Veqhorstı transfer edib. 

Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. 

Mankunianlar 30 yaşlı forvardı icarəyə götürüb. Onun sözləşməsi 30 iyun 2023-cü il tarixində başa çatacaq. 

Qeyd edək ki, Vut "Beşiktaş"ın heyətində 18 matçda meydana çıxıb və 9 qol vurub. Niderlan millisinin üzvü DÇ-2022-də isə 4 oyun keçirib və 2 dəfə fərqlənməyə müvəffəq olub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər