“Beşiktaş”ın futbolçusu Çinə transfer olunur

“Beşiktaş”ın futbolçusu Çinə transfer olunur
"Beşiktaş”ın futbolçusu Duşko Toşiç Çinə transfer olunur.
Fanat.Az xəbər verir ki, İstanbul klubu bununla bağlı İctimaiyyəti Məlumatlandırma Platformasına müraciət edib. 
"Beşiktaş" 33 yaşlı serb müdafiəçinin transferi üçün "Quançjou” klubu ilə danışıqlara başladığını elan edib. Çin klubunun Toşiç üçün 5 milyon avro ödəyəcəyəyi gözlənilir.
Qeyd edək ki, Duşko Toşiç 2015-ci ildə "Gənclərbirliyi”ndən "Beşiktaş”a keçib. O, İstanbul klubunun heyətində iştirak etdiyi 100 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər