“Beşiktaş”ın futbolçusu Almaniya klubunda

“Beşiktaş”ın futbolçusu Almaniya klubunda

“Beşiktaş” ispaniyalı müdafiəçisi Fransisko Monteronu “Hamburq”a icarəyə verib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi 24 yaşlı futbolçunun bu mövsümün sonunadək icarədə oynayacağını açıqlayıb.

Almaniya klubu Monteronu satınalma şərti ilə icarəyə götürüb. Mövsümün sonunda “Hamburq” Türkiyə klubuna 2.5 milyon avro ödəməklə, onun transfer hüquqlarını da ala bilər.

Montero 2021-ci ildən “Beşiktaş”da çıxış edirdi. Müdafiəçi İstanbul təmsilçisində 46 oyuna çıxıb, 2 qol vurub. O, daha öncə “Deportivo” və Madrid “Atletiko”sunda da oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər