"Beşiktaş"ın baş məşqçisi məlum oldu

"Beşiktaş"ın baş məşqçisi məlum oldu
Sərgən Yalçınla razılıq əldə olunub.
Fanat.Az "Sabah"a istinadən xəbər verir ki, "Beşiktaş" rəhbərliyi baş məşqçi ilə 1 illik müqavilə imzalayıb. Sərgən Yalçına ilk etapda illik 10 milyon TL təklif olunubsa da, razılaşma öncəsi bu rəqəm 25 milyona qalxıb.
Türkiyəli həmkarlarımızın iddiasına görə baş məşqçi 30 milyon TL istəsə də, klub idarəçilərindən çalışdırıcıya yaxın sayılan şəxslər məbləği azaltmağa nail olub. İddia olunur ki, 48 yaşlı mütəxəssilə anlaşma əldə olunsa da, yönətimlə məşqçi arasında "buz"lar əriməyib. Baş məşqçinin inciklik səbəbi isə müqavilə şərtlərinin müzakirəsi başlamadan bir neçə yerli çalışdırıcıya klub tərəfindən təkliflərin göndərilməsi olub. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər