"Beşiktaş"ın baş məşqçisi istefaya göndərildi 

"Beşiktaş"ın baş məşqçisi istefaya göndərildi 

Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyi baş məşqçi Rza Çalımbayı istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı "ağ-qaralar"ın rəsmi saytı yayıb.

Məlumata görə, komanda Super Liqanın XVII turunda “Alanyaspor”a uduzandan sonra (1:3) toplantı keçirilib Çalımbayla yolların ayrılmasına qərar verilib.

Qeyd edək ki, 60 yaşlı Rza Çalımbay noyabrın 10-da “Beşiktaş”ın baş məşqçisi təyin olunmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər