"Beşiktaş" futbolçusu Kerem Atakan Kesgini icarəyə verib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, bu mövsümün sonuna kimi icarə əsasında "Sivasspor"da oynayacaq.
Qeyd edək ki, Kesgin 2022-ci ildən "Beşiktaş"da oynayır. O, bu mövsümün ilk dövrəsini “Fatih Karagümrük”də icarədə keçirib.