“Beşiktaş”dan ayrılan braziliyalı Super Liqada qaldı

“Beşiktaş”dan ayrılan braziliyalı Super Liqada qaldı

Türkiyə Super Liqasının yeni iştirakçılarından olan “Pendikspor” heyətinə daha bir futbolçu cəlb edib.

Fanat.Az xəbər verir ki, sözügedən klub bu yay “Beşiktaş”dan azad agent kimi ayrılmış braziliyalı müdafiəçi Velintonu heyətinə qatıb.

34 yaşlı stopperlə müqavilənin müddəti açıqlanmayıb. 

Velinton 2020-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışırdı. O, İstanbul təmsilçisində 85 oyuna 1 qol vurub. Velinton karyerası ərzində “Alanyaspor”, “Flamenqo”, “Koritiba”, “Əl-Xor”, “Umm Salal” və “Spartak” (Vladiqafqaz) kimi klublarda da forma geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər