"Beşiktaş"da texniki heyətlə problem yaşayan məşqə çıxmayan Fabris Nsakala komandanın son məşqinə çıxmaqdan imtina edib. Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi məsələyə dərhal müdaxilə edərək futbolçunu heyətdən kənarlaşdırmaq qərarına gəlib.
Konqolu yarımmüdafiəçi məşqçilər heyətinin son matçlarda ona şans verməməsindən narazıdır. Baş məşqçi Sərgən Yalçının isə onu "Trabzonspor"lu futbolçuların qələbə paylaşımlarını bəyəndiyi üçün oynatmadığı bildirilir.
"Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq Nsakala ilə qışda yolların ayrılması planlaşdırılır.
Mirağa