"Beşiktaş" ulduz futbolçu ilə danışıqlara başladığını açıqladı

"Beşiktaş" ulduz futbolçu ilə danışıqlara başladığını açıqladı

Türkiyənin "Beşiktaş" klubu ingilis yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen ilə danışıqlara başlayıb. 

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi bu barədə rəsmi sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb. 

“Liverpul”la müqaviləni yenilənmədiyi üçün iyul ayından azad agent olan futbolçu ilə danışıqların müsbət yekunlaşacağı gözlənilir. 

Sabah, avqustun 15-də 30 yaşı tamam olacaq ingilis oyunçu "Liverpul"dakı 6 illik karyerası ərzində 78 matçı zədə səbəbindən buraxıb. O, son mövsümdə Mersisayd klubunda cəmi 13 oyun keçirib və 1 qol vurub.

Xatırladaq ki, “Beşiktaş” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibidir. Tərəflərin Bakıdakı görüşündə İstanbul nəhəngi 3:1 hesabı ilə qalib gəlib. Cavab matçı 17 avqustda Türkiyədə keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər