"Beşiktaş" bu yayın transfer "bomba"sını partladıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın futbolçusu Miralem Pyaniçi (Miralem Pyanic) heyətinə qatıb.
Məlumatı klubun rəsmi saytı yayıb. Xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi bu mövsüm icarə əsasında "Beşiktaş"da çıxış edəcək.

Qeyd edək ki, futbolçu Rusiyanın "Zenit" klubundan da dəvət alıb. Lakin Pyaniç Peterburq təmsilçisinin təklifini rədd edib.
Emin Şəmsiyev