"Beşiktaş" ötən gün vidalaşdıĝı Fernandu Santuşa təzminat ödəyəcək.
Fanat.Az-ın Tűrkiyə mətbuatịna istinadən məlumatına gőrə, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssisin műddəti 2025-ci ilin yayına qədər olan müqaviləsinə xitam verdiyi üçün ona 500 min avro təzminat verəcək.
Bunu klubun vitse-prezidenti Onur Kőçmez deyib.
Qeyd edək ki, 69 yaşlı Santuş bu ilin yanvarında "qara qartal"a baş məşqçisi təyin edilmişdi. "Beşiktaş" onun rəhbərliyi altında 7 qələbə qazıb, 4 heç-heçə edib və 5 dəfə uduzub. Hazırda 48 xalı olan "aĝ-qaralar" Super Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.