"Beşiktaş" rus futbolçu ilə maraqlanır? - Agenti "hə", prezident "yox" dedi

"Beşiktaş" rus futbolçu ilə maraqlanır? - Agenti "hə", prezident "yox" dedi

"Beşiktaş"ın Rusiya "Lokomotiv"inin yarımmüdafiəçisi Dmitri Barinovla maraqlandığı haqda məlumat yayılıb.

Fanat.Az xəbər verir ki, İstanbul klubunun futbolçu üçün rəsmi təklif hazırlaması xəbərini Barinovun meneceri Pavel Banatin təsdiqləyib. 

O, Rusiya mətbuatına açıqlamasında transfer dəyəri 9 milyon avro qiymətləndirilən 27 yaşlı müştərisinin xidmətində baş məşqçi Şenol Günəşin maraqlı olduğunu bildirib. 

Ancaq "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi klub dərgisinə açıqlamasında məlumatı təsdiqləməyib: "Barinovla maraqlanırıq? Xeyr, bu, doğru deyil".

Dmitri Barinovun Moskva klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər