"Beşiktaş" "Real Madrid"in ulduzunu gətirir

"Beşiktaş" "Real Madrid"in ulduzunu gətirir

Türkiyənin cari mövsüm qeyri-sabit təsir bağışlayan "Beşiktaş" klubu qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.

Fanat.Az “El Gol”a istinadən xəbər verir ki, "ağ-qaralar"ın əsas transfer hədəfi "Real Madrid"in 38 yaşlı yarımmüdafiəçi Luka Modriçdir. 

Məlumata görə, xorvat ulduzun qışda Madrid klubundan ayrılmaq ehtimalı çoxdur.

Qeyd edək, ki, Modriç 2022/2023 mövsümündə La Liqada 33, UEFA Çempionlar Liqasında 10 oyun keçirib.

Nahid Məmmədov  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər