"Beşiktaş" növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Börnli"nin üzvü Vaut Veqorstu heyətinə qatıb.
30 yaşlı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirəcək.
Qeyd edək ki, bir neçə gün öncə "Beşiktaş" Türkiyə millisinin futbolçusu Cenk Tosunu da rənglərinə bağlayıb.