"Beşiktaş" - "Neftçi" matçı avstriyalılara tapşırıldı

"Beşiktaş" - "Neftçi" matçı avstriyalılara tapşırıldı

“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”a qarşı avqustun 17-də keçirəcəyi səfər qarşılaşmasının hakimləri bəllidir.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İstanbuldakı matç Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

Referi Yulian Veinbergerə Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ştefan Ebner yerinə yetirəcək.

Qeyd edək ki, “Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş isə ayın 10-da “Neftçi Arena”da keçiriləcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər