"Beşiktaş" "Neftçi" ilə oyun ərəfəsində ulduzunu sata bilər

"Beşiktaş" "Neftçi" ilə oyun ərəfəsində ulduzunu sata bilər

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi"nin rəqibi olan "Beşiktaş" təmsilçimizlə matç ərəfəsində əsas oyunçularından birini sata bilər. 

Fanat.Az “Hurriyet”ə istinadən xəbər verir ki, "qartallar" 24 yaşlı yarımmüdafiəçisi Jedson Fernandeşə elçi düşən Fransa "Monako"sundan 50 milyon avro tələb edib. 

Tərəflərin artıq danışıqlara başladığı və keçidin reallaşmaq ehtimalının yüksək olduğu bildirilib. 

“Beşiktaş”a Fernandeşi istədiyi qiymətə satacağı halda, bu məbləğin yarısı futbolçunun əvvəlki klubuna - “Benfika”ya çatacaq. 

Qeyd edək ki, “Beşiktaş”la “Neftçi” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər