"Beşiktaş”"çərçivə”ni daha etibarlı əllərə həvalə etmək istəyir.
Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, İstanbul klubu "Liverpul”un qapıçısı Simon Minyole ilə yaxından maraqlanır.
Türkiyə təmsilçisi 30 yaşlı oyunçu üçün qarşı tərəfə rəsmi təklif göndərib. Mənbəyə inansaq, qolkiper də bu təklifə biganə deyil. Çünki Alissonun gəlişindən sonra komandadakı mövqeyi ciddi şəkildə zəifləyən qapıçı bəxtini yeni ünvanda sınamaq arzusundadı.
"Liverpul” tərəfi isə bununla bağlı hər hansı açıqlama verməyib.
Fanat.Az