"Beşiktaş" Ermənistan milli komandasının futbolçusu Aras Özbilisi icarəyə verib.
Fanat.Az xəbər verir ki, erməni futbolçu Hollandiyanın "Villem II" klubunda çıxış edəcək. 28 yaşlı yarımmüdafiəçi ilə 2018/19 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Aras Özbilis 2016-cı ilin yayında "Beşiktaş"a transfer olunub və İstanbul klubunda cəmi 5 rəsmi matça çıxıb. O, ötən mövsüm icarə əsasında Moldovanın "Şerif" klubunda forma geyinib.
Fanat.Az