"Beşiktaş"ın Umut Meraş transferindən "Bursaspor" da qazanc əldə edib.
Fanat.Az xəbər verir ki, 2018/19 mövsümünü “Bursaspor”da keçirən Türkiyə millisinin üzvü ilə anlaşmaya görə, onun transferindən "ağ-yaşıllar"a 15 faiz pay düşür.
"Beşiktaş" Umutu Fransanın "Havr" klubundan 1,5 milyon avroya transfer edib. Beləliklə, transfer haqqından "Bursaspor"un büdcəsinə 2 milyon 200 min TL 445 min manat) köçürülüb.
Qeyd edək ki, İstanbul klubu Türkiyə millisində 14 oyuna çıxmış 25 yaşlı sol cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalayıb. Mirağa