“Beşiktaş” “Atletiko”ya qalib gəldi

“Beşiktaş” “Atletiko”ya qalib gəldi

Türkiyədə "Beşiktaş" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, İstanbuldakı "Vodafon Park" stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 25-ci dəqiqədə Jedson Fernandes və 88-ci dəqiqədə Kevin Nkudu vurublar.

Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər