"Everton"un baş məşqçisi Rafael Benites "Nyukasl Yunayted"ə qayıtmaq fikrində deyil.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin bu barədə söylədiklərini tanınmış jurnalist Fabritsio Romano şəxsi "Twitter" hesabında yazıb:
"Nyukasl" məni geri qaytarmaq istəyir? "Everton" camiəsi bu görə narahat olmaya bilər. Bu klubda qalmaqda qərarlıyam. Özümü indiki işimdə xoşbəxt sayıram və heç yerə getməyəcəyimə əminəm. Sözümün üstündə duraraq işimi davam etdirəcəm".
Qeyd edək ki, Benites 2016-2019 aralığında "Nyukasl"ın baş məşqçisi olub.
Nihat