Belçika klubunun futbolçusu "Sumqayıt"da

Belçika klubunun futbolçusu "Sumqayıt"da

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müqavilə ilə Belçikanın "Vesterlo" klubuna məxsus olan Burundi yığmasının üzvü Tresor Mossini 1 illik icarəyə götürüb.

Ölkəsinin "Aigle Noir" komandasının yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi karyerası ərzində Lüksemburqun "Kerjenq" və Belçikanın "Vesterlo" klublarında çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər