Bayraqdarımız seçildi - "Bakı-2015"

Bayraqdarımız seçildi - "Bakı-2015"
İyunun 12-də keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını kimin daşıyacağı müəyyənləşib. Fanataz xəbər verir ki, bu qərar rəsmi olaraq gün ərzində ictimaiyyətə açıqlanacaq. 
Buro247.az-ın əldə etdiyi eksklüziv məlumata görə, açılış mərasimində Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.
Bayraqdarımız seçildi - "Bakı-2015"
Qeyd edək ki, cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatının qalibidir. İdmançı Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qrand-pri yarışları və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən Qrand Şlem yarışında gümüş medala sahib olub. 2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil olunmuş Qrand Şlem yarışında Qasımov qızıl medal qazanıb.
Bayraqdarımız seçildi - "Bakı-2015"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər