Bayraq AFFA-nın yadına düşdü - FOTO

Bayraq AFFA-nın yadına düşdü - FOTO

Futbol üzrə Azərbaycan yığmasının formasında dəyişiklik edilib. Fanat.Az AFFA-nın "Facebook" səhifəsinə istinadən xəbər verir ki, millimizin oyun formasının arxa, yuxarı hissəsinə Azərbaycan bayrağı əlavə edilib.

 

Yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və San-Marino ilə oyunlarda geyinəcəyi formalar da müəyyənləşib. Səfər və üçüncü oyun dəstimiz Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün skandinaviyalılara qarşı ev dəstində, yəni göy formada çıxış edəcəyik.

 

Robert Prosineçkinin yetirmələri San-Marino ilə Bakıdakı qarşılaşmaya da eyni formada çıxacaq.

Bayraq AFFA-nın yadına düşdü - FOTO

Bayraq AFFA-nın yadına düşdü - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər