"Bayern Mühnen"in müdafiəçisi Niklas Zyüle klubu ilə yeni müqavilə üçün razılığa gələ bilməyib.
Fanat.Az "Kicker" nəşrinə istinadən xəbər verir ki, tərəflər maliyyə şərtlərində anlaşa bilməyiblər.
26 yaşlı futbolçu "Nyukasl"a təklif olunub. Müqavilə müddəti başa çatdıqdan sonra müdafiəçi İngiltərəyə yollanacaq.
Hazırda "Nyukasl" dünyanın ən zəngin klubudur. Amma komandanın növbəti mövsüm üçün Premyer Liqada qalıb-qalmayacağı hələ ki, bəlli deyil. Belə ki, komanda 11 turdan sonra 5 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, cari mövsümdə Zyüle 17 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır. Transfermarket almaniyalı futbolçunu 35 milyon avro dəyərində qiymətləndirir.
Emin