"Bayer"in futbolçusu "Roma" ilə oyundakı "kambək"dən danışdı: "0:2-dən qayıtmağımız..."

"Bayer"in futbolçusu "Roma" ilə oyundakı "kambək"dən danışdı: "0:2-dən qayıtmağımız..."

Almaniyanın “Bayer” klubunun müdafiəçisi Yosip Stanişiç Avropa Liqasının finalına yüksəldikdən sonra keçirdiyi emosiyaları bölüşüb. 

Fanat.Az xəbər verir ki, Leverkuzen təmsilçisi 0:2 hesabı ilə uduzduğu oyunun son dəqiqələrində vurduğu qollarla geridönüş edərək məğlubiyyətdən qaçıb.

Məhz Stanişiç son dəqiqədə qol vuraraq "əczaçılar"ın məğlubiyyətsizlik seriyasını 49 oyuna çatdırıb. 

O, UEFA-nın mətbuat xidmətinə bu barədə belə deyib: “Bu, karyeramdakı ən vacib qollardan biridir. Komandadakı hər kəs çox şeyin təhlükə altında olduğunu bilirdi. Biz çox istəyirdik ki, finala yüksələk. Düşünürəm ki, istənilən halda, "Bayer" "Roma"dan güclü idi. 0:2-dən qayıtmağımız bizim necə komandaya sahib olduğumuzu göstərir”. 

Qeyd edək ki, “Bayer” Avropa Liqasının finalında “Atalanta” ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər