"Bavariya"ya "yox" deyəcək - "Liverpul"a keçir

"Bavariya"ya "yox" deyəcək - "Liverpul"a keçir
"Layptsiq"in hücumçusu Timo Verner mövsümün sonunda "Bavariya"ya keçməyəcək. Alman futbolçu karyerasını Bundesliqada çıxış edən başqa bir klubda davam etdirmək niyyətində deyil.
Fanat.Az "Bild"in jurnalisti Kristian Falka istinadən xəbər verir ki, Verner "Liverpul"da oynamağı planlaşdırır. 24 yaşlı forvard baş məşqçi Yürqen Kloppla birlikdə çalışmaq fürsətini əldən vermək istəmir.
"Barselona", "İnter", "Yuventus" və "Mançester Yunayted" kimi klublar da Vernerin xidmətində maraqlıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər