"Barselona"nın sabiq futbolçusu "Sabah"da - RƏSMİ

"Barselona"nın sabiq futbolçusu "Sabah"da - RƏSMİ
"Sabah" komandası yeni transferi Xuan Kamaranı təqdim edib.
Fanat.Az xəbər verir ki, ispaniyalı hücumameylli yarımmüdafiəçi yeni klubunda 17 nömrəli formanı geyinəcək.
Müqavilənin detalları açıqlanmayıb.
Polşa "Yagelloniya"sına məxsus 27 yaşlı vinger icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Xuan Kamara 2014 - 2016-cı illərdə "Barselona"nın əvəzedici, 2016 - 2018-ci illərdə isə əsas komandasında çıxış edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər