Barselonanın "Marset" Futbol İnstutunun məşqçiləri Bakıda - Müqavilə imzalandı

Barselonanın "Marset" Futbol İnstutunun məşqçiləri Bakıda - Müqavilə imzalandı

Bu gün Azərbaycan İdman İstedadları Akademiyası (ASTA) ilə İspaniyanın “Marset” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Fanat.Az xəbər verir ki, müqaviləyə əsasən, Barselonanın “Marset” Futbol İnstutunun məşqçiləri İspaniyaya yollanacaq 2008-2009-cu il təvəllüdlü 50 gənc istedad arasından 15-ni seçəcək. Dörd il ərzində 15 azərbaycanlı uşaq ASTA-nın sponsorluğu ilə "Barselona" ilə əlaqəli olan "FA Marcet"də təhsil alacaq.

2024 və ya 2025-ci ildə "Marset"in məşqçiləri 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında növbəti seçim keçirəcək.

İyulun 2-dək "Marset"in məşqçiləri Ragel Felipe və Rivero Arias Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi uşaqları seçəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər