"Barselona"nın "Marset" Futbol İnstitutunun seleksiyaçıları Bakıda

"Barselona"nın "Marset" Futbol İnstitutunun seleksiyaçıları Bakıda

Azərbaycanlı uşaqların futbolun sirlərinə "Barselona"da yiyələnə bilməsi üçün yeni şans yaradılıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Klubunun təşkilatçılığı ilə Kataloniya təmsilçisinin ünlü "Marset" Futbol İnstitutundan iki seleksiyaçısı Azərbaycana gəlib.

"Barselona"nın "Marset" Futbol İnstitutunun seleksiyaçıları Bakıda

Bunlar Rivero Karlos Arias və Ragel Marmol Felipedir.

Mütəxəssislər əvvəldən seleksiya məşqinə dəvət edilmiş 40-dan çox istedadlı uşaqların arasından 15 nəfəri seçəcək və onların "Marset"ə yollanmasına şərait yaradılacaq.  Üç gün davam edəcək seçimlər 2008 və 2009 doğumlu uşaqlar arasında aparılacaq və proses mətbuat üçün qapalı olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər