"Barselona"nın forvardı Ronaldunun komanda yoldaşı ola bilər

"Barselona"nın forvardı Ronaldunun komanda yoldaşı ola bilər

"Barselona"nın hücumçusu Joau Feliks bu mövsümün sonunda Avropanı tərk edə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb. 

Mənbənin məlumatına görə, portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında oynamaq variantları var. Üç klub forvardı sıralarına cəlb etməyə hazırdır. Söhbət “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-İttihad”dan gedir. 

24 yaşlı futbolçu icarə əsasında "Barselona"da çıxış edir. Portuqaliyalı müqavilə ilə "Atletiko Madrid"ə məxsusdur. 

Joau bu mövsüm La Liqada 21 oyun keçirib. Hücumçu bu görüşlərdə 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər