"Barselona" və "Liverpul" onun uğrunda mübarizə aparır

"Barselona" və "Liverpul" onun uğrunda mübarizə aparır
"Sevilya"nın müdafiəçisi Dieqo Karlos növbəti mövsüm iş yerini dəyişə bilər.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" Karlosla yaxından maraqlanır. "Sevilya" 27 yaşlı futbolçunu 75 milyon avrodan aşağı qiymətə satmaq istəmir. "Blauqrana" bu məbləği ödəmək niyyətində olmadığından, İvan Rakitiçdən "barter" variantı kimi istifadə etmək fikrinə düşüb.
"Barsa" ilə yanaşı, "Liverpul" da Karlosu heyətinə qatmağa çalışır. Baş məşqçi Yürqen Klopp braziliyalı oyunçunu Vircil van Deyk ideal partnyoru hesab edir.
Dieqo Karlos cari mövsümdə La Liqada 25 matçda meydana çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər