"Barselona" ukraynalı oyunçuya göz dikib - İngiltərədən də müştərisi var

"Barselona" ukraynalı oyunçuya göz dikib - İngiltərədən də müştərisi var

Ukrayna millisinin və "Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakovun karyerasını İspaniya çempionatında davam etdirmək variantı var.

Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Xəbərə görə, "Barselona" futbolçunun xidmətində maraqlıdır. Sudakov özü də Avropada oynamaq istəyir. Ukraynalı yay transfer pəncərəsində klubunu dəyişməyə hazırlaşır. O, La Liqa və Premyer Liqa variantlarını nəzərdən keçirmək niyyətindədir. Ukrayna mətbuatı "Liverpul"un da onun xidmətində maraqlı olduğunu iddia edir. 

21 yaşlı yarımmüdafiəçi Ukrayna çempionatının bu mövsümündə 13 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər