"Barselona" "Tottenhem"dən rədd cavabı aldı

"Barselona" "Tottenhem"dən rədd cavabı aldı

"Barselona" "Tottenhem Hotspur"un müdafiəçisi Serxio Regilonu heyətinə qatmaq üçün İngiltərə klubuna futbolçu mübadiləsi təklif edib.

Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.

Xəbərə görə, Kataloniya təmsilçisi Regilonun əvəzinə hücumçusu Memfis Depayı qarşı tərəfə verməyə hazır olduğunu bəyan etsə də, ingilislər bu varianta razı olmayıb. Mənbə "Tottenhem" əlavə ödəniş tələb etdiyi üçün İspaniya nəhənginin planının pozulduğunu bildirib. 

Depay "Barselona"ya 2021-ci ilin yayında azad agent qismində keçib. Niderlandlı forvardın Kataloniya təmsilçisi ilə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

25 yaşlı Regilon "Real Madrid"in yetirməsidir. "Tottehnem" onu Madrid klubundan 2020-ci ildə, 30 milyon avroya alıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər