"Barselona" "Roma"dan təzminat tələb edəcək

"Barselona" "Roma"dan təzminat tələb edəcək

"Roma" bu yay "Barselona" ilə qarşılaşmaqdan imtina edib. 

Fanat.Az xəbər verir ki, Kataloniya klubu bu barədə məlumat yayıb. 

İtaliya klubu "Qamper Kuboku" uğrunda oyundan boyun qaçırıb. Romalılar birtərəfli qaydada və səbəbləri izah etmədən əvvəlcədən avqustun 6-na razılaşdırılmış görüşdən imtina ediblər.

"Barselona"nın yeni rəqib axtarışında olduğu bildirilir. Eyni zamanda, kataloniyalıların hüquq departamenti razılaşdırılmış müqavilədən imtinaya görə “Roma”dan kompensasiya tələbi imkanları üzərində işləyəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər