Baqa Bakıya nə vaxt gələcək? - AÇIQLAMA

Baqa Bakıya nə vaxt gələcək? - AÇIQLAMA

"Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa Bakıya Yeni ildən sonra gələcək. 

Bu haqda klubun mətbuat katibi Rəşad Məmmədov Fanat.Az-a məlumat verib.   

Klub rəsmisi həmçinin, qeyd edib ki, "Sumqayıt" yanvarın 5-dən məşqlərə başlayacaq. "Kimyaçılar" təlim-məşq toplanışının birinci mərhələsini Bakıda, ikinci mərhələsini isə Türkiyənin Antalya şəhərində keçirəcəklər. Hələlik səfərin dəqiq tarixi və Türkiyədəki sınaqçı-rəqiblər müəyyənləşməyib. Qeyd edək ki, "Sumqayıt"ın baş məşqçisi Aleskey Baqa klubla 2,5 illik müqavilə bağlayıb.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər