“Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik” - Qurban Qurbanov

“Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik” - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Finlandiyanın HJK komandasına qarşı keçirəcəkləri Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları deyib.

“Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik. Bunun üçün meydanda var gücümüzü qoymalıyıq. Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Xatırladaq ki, bu komandalar arasındakı ilk matçda "köhlən atlar" qələbə qazanıblar – 2:1. Sabah baş tutacaq cavab qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər