“Hələlik neçə erməni idmançının Bakı 2015 Avropa Oyunlarında iştirak edəcəyi hələlik bilinmir”. Fanat.az xəbər verir ki, bunu Bakı 2015-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq deyib.
O bildirib ki, konkret olaraq erməni idmançıların sayınını demək çətindi: “Çünki akreditasiya üçün olan müddət hələ bitməyib. Onu deyə bilərəm ki, onların 6 idman növü üzrə iştirak hüququ var. Dediyim kimi, bu barədə konkret nəsə deməkdə çətinlik çəkirəm”.
Kleq həmçinin Olimpiya stadiounu ilə bağlı suallara da münasibət bildirib. O qeyd edib ki, Olimpiya stadionu yüksək səviyyəli stadiondu: “Stadionla bağlı yayılan təxribat xarakterli məlumatlarla vaxt itirmək fikrində deyilik. Gərək ittihamlar üçün dəqiq faktlar və suallar olsun”.
Fanat.az