Bakıya gələn məşhur məşqçi qovuldu

Bakıya gələn məşhur məşqçi qovuldu

İtaliyanın "Kalyari" klubunda baş məşqçi istefası reallaşıb.

Fanat.Az xəbər verir ki, Valter Matsari vəzifəsindən ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Matsari komandanın uğursuz çıxışına görə postunu tərk edib.

Hazırda ​"Kalyari" A Seriyasında 28 xalla 17-ci sıradadır. Matsari ilə ötən ilin sentyabrında 3 illik müqavilə imzalanmışdı. 

Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2014-cü ildə "İnter"in baş məşqçisi kimi Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər