"Bakıdakı turnirdə uğurlu çıxış edəcəyik" - Arif Əsədov

"Bakıdakı turnirdə uğurlu çıxış edəcəyik" - Arif Əsədov

Futbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” turnirində köməkçi-məşqçi funksiyasını yerinə yetirən Arif Əsədovun rəhbərliyi altında mübarizə aparacaq.

Təcrübəli çalışdırıcı ilə əlaqə saxlayıb onun bu vəzifəyə təyin olunması və yığmamızın hazırkı durumu barədə fikirlərini öyrəndik. Əsədovun Fanat.Az-a müsahibəsi belə alındı:

- Millinin sizə tapşırılacağını gözləyirdiniz? - Hazırda köməkçi-məşqçi olduğum üçün və baş məşqçi məsələsi hələ təsdiqini tapmadığına görə mənim bu turnirdə milliyə rəhbərlik etməyim gözlənilən idi. Bəli, gözləyirdim. 

- Milli komandaya rəhbərlik etmək məsuliyyətlidir. - Hər bir işdə məsuliyyət tələb olunur. Amma millidə çalışmaq həm şərəflidir, həm də ikiqat məsuliyyət deməkdir.

- Sizcə, bu turnirdə milli maksimum nəticə göstərsə, sizinlə uzun müddətlik müqavilə imzalana bilərmi? - Bu, təbii ki, mənə aid məsələ deyil. Bizim işimiz millinin turnirdə yaxşı çıxış etməyinə nail olmaqdır. Dediyiniz məsələni zaman göstərəcək.

- Sizcə, millinin hazırkı durumu bu turnirdən maksimum nəticə əldə etməyə imkan verir? - Hələ ki, toplanışa vaxt var. Mən millinin daxilində olduğum üçün və komandanın potensialına bələdəm deyə, inanıram ki, bu turnirdə uğurlu çıxış edəcəyik.

Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də isə saat 20:00-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər