Bu gün Bakıda UEFA Region Kubokunun 2022/2023 mövsümünün ilkin mərhələsinin oyunlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, 23-29 iyun aralığında baş tutacaq turnirin açılış günü bir matç oynanılacaq.
"ASK Arena"da baş tutacaq oyunda Gürcüstan və Estoniya komandaları üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycanı bu turnirdə Region Liqasının son qalibi “Cəbrayıl” təmsil edəcək. Təmsilçimiz sabah, eləcə də iyunun 26-da Belarus komandası "Kolas"la qarşılaşacaq.
UEFA Region Kuboku 1-ci qrup 23 iyun
16:00. Basiani (Gürcüstan) - Zapoos (Estoniya) Baş hakim: David Şmayç (Sloveniya) 1-ci köməkçi hakim: David Qabroveç (Sloveniya) 2-ci köməkçi hakim: Elşad Abdullayev (Azərbaycan) Ehtiyat hakim: Elçin Məsiyev (Azərbaycan) UEFA hakim-inspektoru: Vensel Tot (Macarıstan) Bakı. ASK Arena.