Bakıda qəzaya düşən idmançıların kimliyi müəyyənləşdi

Bakıda qəzaya düşən idmançıların kimliyi müəyyənləşdi
Bu gün Bakıdakı Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəzaya düşən 3 avstriyalının kimliyi müəyyənləşib. Sport7.az-ın əldə etdiyi məlumata görə, bunlar Avstriyanın sinxron üzgüçüləridi.
Belə ki, qəzaya düşənlər 15 yaşlı Vanessa Şahinoviç, Ferena Brayt və Luna Payerdi. Bunlardan Şahinoviçin zədəsi çox ciddidi. O, çoxsaylı sınıq alıb. 
Braytda zədə o qədər də ciddi deyil. Onun sağ ayağının baldırında yalnız qançırlar var. O ilkin yardımdan sonra artıq xəstəxananı tərk edib. Payerin isə əlində zədələr var. Hazırda Şahinoviçlə Payer "Semaşko"ya yerləşdiriliblər. Onların mümkün qədər tez Bakıdan Vyanaya aparılması haqqında qərar qəbul edilib. 
Qeyd edək ki, qəza səhər saatlarında baş verib. I Avropa Oyunlarının nəqliyyat marşrutu üzrə hərəkət edən avtobus səkidə gedən idmançıları yaralayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər