Bakıda qəzaya düşən idmançı ölüb? - səfirdən açıqlama

Bakıda qəzaya düşən idmançı ölüb? - səfirdən açıqlama

İyunun 11-də Bakıdakı Avropa Oyunlarının Atletlər Kəndindəki qəza nəticəsində yaralanmış avstriyalı idmanı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlər yalandır. Bunu APA-ya Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib.

“Mən dünən də, bu gün də xəstəxanada olmuşam və onun həkimləri ilə danışmışam. V.Sahinoviçin vəziyyəti sabitdir və səhhətində heç bir dəyişiklik yoxdur. Bəzi mətbuat orqanlarının bu xəbəri haradan aldığını bilmirəm, amma bu əsassız və yalan xəbərdir” deyə səfir qeyd edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər