Bakıda dünyanı heyran edən görüntülər - FOTO/VİDEO

Bakıda dünyanı heyran edən görüntülər - FOTO/VİDEO

I Avropa Oyunlarının məşəlinin "Alov qüllələri"ndən aşağı endirilməsinin yeni gpörüntüləri yayımlanıb. Anspress-in məlumatına görə, azərbaycanlı alpinisti Rinat Rəhimxanov 190 metr hündürlükdən cəsarətli eniş edib. İki dəqiqəlik enmə zamanı alpinist məşəli uğurla daşıyıb.

Ətrafda toplaşan insanlar bu tarixi hadisəni böyük maraqla izləyiblər. Daha sonra mətbuata açıqlama verən Renat Rəhimxanov çox həyəcanlı olduğunu söyləyib. 

O bildirib ki, bu məsuliyyətli vəzifəni yerinə yetirdiyi üçün qürur duyur: "Ölkəmizi təmsil edəcək idmançılara yarışlarda uğurlar arzu edirəm. Ümid edirəm ki, I Avropa Oyunlarında bütün idmançılarımız yaxşı nəticələr alacaq. Avropa bizi izləyir. Bu mötəbər yarış nəticəsində ölkəmiz daha da çox irəli gedəcək", - deyə R.Rəhimxanov söyləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər