Bakıda "Alanyaspor"un futbol məktəbinin açılışı oldu - FOTOLAR

Bakıda "Alanyaspor"un futbol məktəbinin açılışı oldu - FOTOLAR

Türkiyənin "Alanyaspor" klubunun Azərbaycanda futbol məktəbinin açılışı olub. 

Fanat.Az-ın məlumatına görə, Yasamal rayonunda yerləşən  "Royal Park"ın ərazisindəki qapalı futbol meydançasında baş tutan açılış'' a "Alanyaspor"un prezidenti Hasan Çavuşoğlu, AFFA-nın baş katibi Sərxan Hacıyev, habelə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri qatılıblar. 

"Gold Seven" menecer şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirdə iştirak edən "Neftçi"nin futbolçusu Azər Salahlı Çavuşoğluna özünün Azərbaycan millisində geyindiyi formanı hədiyyə edib. Təsadüfi deyil ki, Salahlının agenti "Gold Seven" menecer şirkətidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər