Bakıda 53 min avroluq yarış

Bakıda 53 min avroluq yarış

Atçılıq İdmanının Konkur Növü Üzrə CSI2* kateqoriyalı “Bahar Kuboku” adlı Beynəlxalq Turnir keçiriləcək. Fanat.az xəbər verir ki, yarış 9-11 aprel tarixlərində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən “Binə Atçılıq Mərkəzi”nin açıq manejində baş tutacaq. 

Turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və İrandan idmançılar dəvət olunub. Yarışlarda ümumilikdə 25 idmançı və 50-ə yaxın atın iştirakı gözlənilir. Turnirə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. 

Turnirin ümumi mükafat fondu 53.000 avro təşkil edir. Yarışlar hər gün saat 12.00 da başlayacaq. Tamaşaçılar üçün giriş pulsuzdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər