Bakı "İnter"i paraqvaylı qardaşları transfer edir

Bakı "İnter"i paraqvaylı qardaşları transfer edir

Bakı "İnter"i daha iki transferə hazırlaşır. Fanat.az xəbər verir ki, banek klubu paraqvaylı qardaşları transfer edir. 

Belə ki, "İnter" David və Sezar Meza qardaşlarını Bakıya gətirib. Onlar baxışa yox, birbaşa müqaviləyə gəliblər. Paraqvaylı oyunçularla yaxın günlərdə müqavilə bağlanacaq.

Yaşca böyük olan Derlis David Meza Kolli 1988-ci ilin 15 avqustunda dünyaya gəlib. 2007-ci ildə Yunanıstanın "Atromitos" klubuna keçsə də, 3 il ərzində bu komandada cəmi 2 oyun keçirib. Yarımmüdafiəçi 2007/08 mövsümündə Yunanıstanın "Etnikos" (16 oyun), 2008/09-da "PAS Giannina" (15 oyun), 2009/10-da isə "Messiniakos" (32 oyun, 11 qol) klublarına icarəyə verilib. 2010-cu ildə İtaliyanın "Cesena" klubuna keçən (23 oyun, 1 qol) ötən il "Paviya"ya icarəyə verilib (39 oyun, 1 qol).

21 yaşlı Cesar Daniel Meza Kolli isə qardaşı ilə eyni illərdə Yunanıstanın "Atromitos", "Etnikos", "PAS Giannina" və İtaliyanın "Cesena" klublarında çıxış edib. Lakin o, bu klubların aşağı yaş qrupları üzrə komandalarında forma geyinib. 2011/12 mövsümündə "Cesena"nın əsas heyətində 2 oyuna çıxan yarımmüdafiəçi 2001-ci ildə İspaniyaya üz tutub və "Deportivo" (Alaves) ilə müqavilə bağlayıb. İspaniyada 16 oyuna çıxaraq 4 qol vuran Cesar ötən mövsüm qardaşı ilə birlikdə İtaliyanın "Paviya" klubunda forma geyinib (17 oyun, 3 qol).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər