Bakı Olimpiya Stadionu İtaliya bayrağının rənginə boyandı

Bakı Olimpiya Stadionu İtaliya bayrağının rənginə boyandı
Ötən gün AVRO-2020-nin finalında İtaliya yığması İngiltərə millisini məğlub edərək çempion olub. 
Fanat.Az xəbər verir ki, oyundan sonra AVRO-2020-nin 4 matçına meydan sahibliyi edən Bakı Olimpiya Stadionu İtaliya bayrağının rənglərinə boyanıb. 
Qeyd edək ki, Londonun "Uembli" stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında bəlli oldu. 3:2 daha dəqiq olan italyanlar Avropa çempionu adını qazanıblar. 
Xatırladaq ki, AVRO-2020 Avropanın 11 şəhərində keçirilib. Türkiyə, Uels və İsveçrənin yer aldığı A qrupunun 3 oyunu və 1/4 finalda keçirilən Çexiya - Danimarka (1:2) görüşü Bakıda keçirilib. 
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər