Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol klubunun oyunçusu Türkiyəyə transfer olunub. Fanat.az хəbər verir ki, Tuğçe Atıcı karyerasını yenidən vətənində davam etdirmək qərarına gəlib.
Belə ki, 26 yaşlı voleybolçu Türkiyənin 1-ci liqasında çıхış edən "Çanaqqala Bələdiyyəspor"a keçib. Adıçəkilən komanda Tuğçe Atıcı ilə yanaşı, son mövsümdə "Bursa BB"də çıхış etmiş Duyğu Düzcelerlə də müqavilə bağlayıb. "Çanaqqala Bələdiyyəspor" bundan əvvəl "Nilüfər Bələdiyyəspor"dan Cemre Erol və "Vakıfbank"dan Ceren Kestirengözü heyətinə qatmışdı.
Qeyd edək ki, Tuğçe Atıcı 2014/15 mövsümündə "Lokomotiv"in formasını geyinib. O, əvvəllər vətənində "İller Bankası", "Ereğli Bələdiyyəspor" və "İdmanocağı" klublarında çıхış edib, Türkiyə millisinin şərəfini qoruyub.
Fanat.az