“Sabah” Rusiyanın “Ufa” klubunun hücumçusu Həmid Ağalarovu transfer etməyə çalışır.
Fanat.Az xəbər verir ki, Rusiyanın "eurostavka.ru" portalı bu barədə məlumat yayıb.
Bakı klubunun rusiyalı baş məşqçisi Murad Musayev isə "metaratings.ru" saytına açıqlamasında ölkəsinin U-21 millisinin dağıstanlı üzvünün transferi ilə bağlı iddiaya münasibət bildirib: “Hazırda mən məzuniyyətdəyəm. Ona görə də şərh verə bilmərəm. Transfer yoxdur. Olsaydı, nəsə deyərdim. Mən çox oyunçu ilə maraqlana bilərəm. Lakin, transfer rəsmən açıqlanmayıbsa, o, şərh edilməməlidir”.
Qeyd edək ki, Həmid Ağalarov 2021/2022 mövsümündə 20 qol vuraraq Rusiya Premyer Liqasının bombardiri olub.
Mirağa